Azərbaycanlı müğənni Rusiyada qəzada öldü - FOTO

 Azərbaycanlı müğənni Rusiyada qəzada öldü - FOTO

Rusiyada fəaliyyət göstərən azərbaycanlı müğənni Reyhan ağır avtomobil qəzasına düşərək həyatını itirib. Asayis.Az xəbər verir ki, bu barədə aparıcı Sərxan Kərəmoğlu bildirib. O sosial şəbəkə hesabında Reyhanın qəzaya düşdüyü anları paylaşıb. 

Kərəmoğlu paylaşımına "Reyhan, Allah sənə rəhmət eləsin. Çox üzüldüm. Reklam sevməyən müğənni idi" sözlərini əlavə edərək onun vəfatına görə dərin kədər hissi keçirdiyini bildirib. 

12:35 - 20 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin