Güclü külək nəticəsində paytaxtda 15 ağac aşıb. Bu barədə Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən Asayis.Az-a verilən məlumata görə, güclü külək nəticəsində saat 11:00-a qədər 15 ağac aşıb.
Həmin ağaclar birliyin əməkdaşları tərəfindən operativ şəkildə götürülüb. Ərazi təmizlənib.