Azərbaycanda dirijor vəfat etdi - FOTO

 Azərbaycanda dirijor vəfat etdi - FOTO

Azərbaycanın Əməkdar incəsənət xadimi, Prezidentin fəxri təqaüdçüsü, dirijor Kazım Əliverdibəyov vəfat edib. Asayis.Az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrından məlumat verilib.

Bildirilib ki, K.Əliverdibəyov bu gün səhər saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, K.Əliverdibəyov 1934-cü ildə Bakı şəhərində anadan olub. Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının xor dirijorluğu fakültəsini bitirib. 1960-cı ildən müəyyən fasilələrlə Opera və Balet teatrında dirijor və baş dirijor vəzifələrində çalışıb.

17:26 - 19 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin