İlham Əliyev Bakıda hotel açılışında iştirak edib - FOTO

 İlham Əliyev Bakıda hotel açılışında iştirak edib - FOTO

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva dekabrın 19-da paytaxtda “The Ritz-Carlton Baku” hotelinin açılışında iştirak ediblər.

Asayis.Az xəbər verir ki, dövlətimizin başçısı və birinci vitse-prezident hoteldə yaradılan şəraitlə tanış olublar.

Məlumat verilib ki, hündürlüyü 130 metr olan hotel binası 33 mərtəbəlidir. “The Ritz-Carlton Baku” hotelində 190 geniş qonaq otaqları, lüks mənzillər, restoranlar, fitnes və biznes mərkəzləri, müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans zalı yaradılıb. Binanın 14 mərtəbəsi hotel otaqları üçün nəzərdə tutulub, 15-ci mərtəbədən başlayaraq yuxarı hissədə isə rezidensiyalar və mənzillər yerləşir.

Qeyd edilib ki, binada korporativ toplantıların və xüsusi günlərlə bağlı tədbirlərin təşkili üçün də ideal şərait yaradılıb. Buradakı “Şuşa” zalı işgüzar görüş və ya qala tədbirlərin keçirilməsi baxımından xüsusi məkandır. Bununla yanaşı, hoteldə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin adlarını daşıyan 12 əlavə iclas otağı yaradılıb. Bunlar “Qarabağ”, “Ağdam”, “Cəbrayıl”, “Qubadlı”, “Tərtər”, “Xocalı”, “Füzuli”, “Zəngilan”, “Kəlbəcər, “Xankəndi”, “Xocavənd” və “Laçın” otaqlarıdır.

17:14 - 19 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin