Azərbaycanda həyətində unikal küp tapan şəxs polisə xəbər verdi - FOTO

 Azərbaycanda həyətində unikal küp tapan şəxs polisə xəbər verdi - FOTO

Masallı rayonunun Eminli kəndində sakinlər həyətlərində qazıntı apararkən qədim dövrə aid yeraltı tapıntılar aşkarlayıb.

Asayis.Az xəbər verir ki, tapıntıların son tunc dövrünə aid olduğu iddia edilir. 

Bildirilir ki, küp, sikkə, məişət əşyaları və insan sümüklərinin aşkarlandığı ərazi haqqında ilk olaraq polisə məlumat verilib. Ardınca isə Masallının Arxeologiya İdarəsinin əməkdaşları tərəfindən tapıntılar aparılıb.

Sakinlərin sözlərinə görə, bu, kənddə qeydə alınan ilk belə hadisə deyil. 

Məsələ ilə bağlı AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Numizmatika və Epiqrafika şöbəsinin müdiri Akif Quliyev BAKU.WS-ə açıqlamasında bildirdi ki, Küp qəbirlərin mövcudluğu islamın bərqərar olduğu tarixədək davam edir. Əgər qazıntı arxeoloqlar və ya Mədəniyyət nazirliyinin lazımi qurumları tərəfindən aparılmayıbsa, məsələ cinayət məsuliyyəti daşıyır:

"Belə mövzulara qeyri-ciddi yanaşsaq, sabah hərə əlinə bir bel alıb abidələri qazıb-dağıdacaq. Abidələri qazanda rəsmi onlar qeydiyyata alınmalı, tapıntılar mütəxəssislər tərəfindən dəqiqliklə araşdırılmalıdır".

16:39 - 19 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin