Bakıda maraqlı hadisə - Maşından düşən sərnişini polis yenidən avtomobilə mindirdi

 Bakıda maraqlı hadisə - Maşından düşən sərnişini polis yenidən avtomobilə mindirdi

Bakıda magistral yolların birində baş verən hadisə sosial şəbəkələrdə maraqla qarşılanıb. Asayis.Az xəbər verir ki, lentə alınan görüntülərdə yol polisinin magistral yolun ortasında enən sərnişini təkrar maşına mindirdiyi öz əksini tapır. 

Məsələ ilə bağlı BAKU.WS-in suallarını cavablandıran nəqliyyat eksperti Eldəniz Cəfərov bildirdi ki, burada polisin atdığı addım doğrudur və belə adekvat cavab üçün ona təşəkkür etmək lazımdır:

"Polis cəld tərpənir, kaş elə bütün yol-patrul xidmətinin əməkdaşları yollarda belə ayıq-sayıq olsun. Yol hərəkəti iştirakçıları bilməlidirlər ki, magistral yollarda maşın saxlamaq dəhşətli hadisələrlə nəticələnə bilər. Sürücü sərnişi müvəqqəti dayanma-durma imkanı, piyada keçidi, parklanma yeri olan yollarda endirməlidir".

Ekspert avtomobil saxlamağın qanunsuz olduğu yollarda qayda pozuntusunun qanunla tənzimləndiyini, əməl etməyən sürücüləri və sərnişinləri cərimələrin gözlədiyini xüsusi vurğuladı:

"Dayanma-durma qaydalarının pozulması yalnız orada hər hansı nişanlamanın olması ilə deyil, hətta, nişanlanma yoxdursa belə müvafiq qaydalara uyğun olaraq bu da qayda pozuntusu sayılır. Dayanma-durma qaydalarını pozmağa görə sürücü 20 manat məbləğində cərimə oluna bilər. Elə sərnişin özü də qadağan olunmuş yerdə yolu keçirsə, o da 20 manat cərimələnə bilər". 

16:17 - 19 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin