Valideyinlərinin evindən külli miqdarda pul oğurladı - Araşdırma başladı

 Valideyinlərinin evindən külli miqdarda pul oğurladı - Araşdırma başladı

Tovuzda oğlan valideynlərinin evindən oğurluq edib. Asayis.Az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 16-da Tovuz şəhərindəki evlərin birindən 13 500 manat pul və 400 manat dəyərində qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən ev sahibinin oğlu müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

13:26 - 19 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin