Azərbaycanın turizm sektorunda subsidiyaların tətbiqi nəzərdə tutulur

 Azərbaycanın turizm sektorunda subsidiyaların tətbiqi nəzərdə tutulur

"Turizm sektorunda subsidiyaların tətbiqini düşünürük". Asayis.Az “report”a istinadən xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin (DTA) sədrinin müşaviri Kənan Quluzadə deyib.

O bildirib ki, subsidiyaların müxtəlif növləri var.

“Məsələn, aviaşirkətlərə geri dönüşlər edilir. Bəzi ölkələrdə hotel tikən biznesmenlərə hər nömrəyə görə ödənişlər edilir. Bu məsələ ilə bağlı biz də müzakirələr aparırıq”, - K.Quluzadə qeyd edib.

19:21 - 18 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin