"Fikirləşdim, deyəcəklər ki, Nüşabə pul yığır" - Əməkdar artist

Əməkdar artist Nüşabə Ələsgərlinin dekabrın 21-də 55 yaşı tamam olur. Asayis.Az "axşam.az"a istinadən xəbər verir ki, "Zaurla Günaydın" proqramında qonaq olan sənətçi yubileyini qeyd etmək istədiyini, lakin insanların tənqidinə görə ehtiyat etdiyini bildirib:

"Yubileyimi qeyd etmək istəyirəm. Siyahı da tutmuşuq ki, kimləri çağıraq. Amma sonra düşündüm ki, təmtəraqlı ad günü etsəm, başqa şey fikirləşəcəklər. Deyəcəklər ki, pul yığır".

Əməkdar artist dekabrın 27-də yubileyini paytaxt restoranlarının birində qeyd edəcəyini bildirib.

15:34 - 18 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin