Şirvan şəhərində dəm qazından boğulma hadisəsi baş verib. Asayis.Az APA-ya istinadla xəbər verir ki, hadisə Şirvan şəhəri "bağ evləri" adlanan ərazidə qeydə alınıb.
Şəhər sakini, 1956-cı il təvəllüdlü Lazım Mansurov evin hamamında dəm qazından boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.