“Azərbaycanın yaşıl enerji potensialı yüksəkdir” - Rumıniya Prezidenti

 “Azərbaycanın yaşıl enerji potensialı yüksəkdir” - Rumıniya Prezidenti

“Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə mühüm töhfə verəcək və regionda əməkdaşlığı təşviq edəcək mühüm və iddialı sənəddir”.

Asayis.Az Report-a istinadən xəbər verir ki, bunu Rumıniya Prezidenti Klaus Yohannis dekabrın 17-də Buxarestdə bu sazişin imzalanması mərasimi ilə bağlı keçirilən plenar iclasda bildirib.

O, yaşıl enerjinin inkişafının vacibliyini vurğulayıb: “Xəzər regionunda, xüsusən də Azərbaycanda yaşıl enerji potensialı yüksəkdir”.

Rumıniya Prezidenti qeyd edib ki, növbəti addım Qara dənizin dibi ilə sualtı kabelin çəkilməsi olacaq:

“Biz, həmçinin Konstansadan Gürcüstana dəniz nəqliyyatı ilə əlaqələri artırmaq istəyirik. Bu səylər həm də Azərbaycan və Mərkəzi Asiya ilə əlaqələri gücləndirəcək”.

15:22 - 17 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin