Bakıda “pub”da kütləvi dava: Baş rejissor və daha iki nəfər tutuldu

 Bakıda “pub”da kütləvi dava: Baş rejissor və daha iki nəfər tutuldu

Gecə saatlarında Bakı şəhər Yasamal rayonu ərazisində yerləşən “pub”da kütləvi dava baş verib. Asayis.Az Qafqazinfo-ya istinadla xəbər verir ki, hadisə yerinə polis əməkdaşları cəlb edilib və 3 nəfər saxlanılaraq ərazi üzrə polis bölməsinə aparılıb.İlkin araşdırmalar nəticəsində xuliqanlıq edən şəxslərdən birinin telekanallardan birinin baş rejissoru olması müəyyən edilib. Faktla bağlı araşdırmalar davam etdirilir. 

Hadisə yerindən görüntüləri təqdim edirik:

14:08 - 17 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin