Tərtərdə quyuya düşərək ölən şəxs qazi imiş - Foto

 Tərtərdə quyuya düşərək ölən şəxs qazi imiş - Foto

Tərtərdə quyuya düşərək ölən şəxs Qarabağ qazisi olub.

Asayis.az Oxu.az-a istinadla xəbər verir ki, rayonun İsmayılbəyli kəndində quyuya düşən 1961-ci il təvəllüdü Məhəmməd Nağıyev Birinci Qarabağ müharibəsində iştirak edib.

O, Ağdərənin Umudlu kəndindən idi.

Xatırladaq ki, mərhum evinin həyətində olan su quyusuna düşərək vəfat edib.

09:42 - 25 Noyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin