Ağdaşın bəzi ərazilərində qaz kəsildi

 Ağdaşın bəzi ərazilərində qaz kəsildi

Ağdaşın bir sıra ərazilərində qaz kəsilib.

Asayis.az xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, saat 18:00-dan işlər yekunlaşanadək Ağdaş rayonunun H.Əliyev prospekti, Vaqif, SU-18, S.Səlimoğlu, İ.Millətoğlu, L.Məmmədbəyov, Ə.Bayramov, M.Əfəndizadə, H.Hacıyev, K.Kərimov, İstiqlal küçələri və Qarasuqumlaq kəndinin qaz təchizatı müvəqqəti dayandırılıb.

21:56 - 6 Noyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin