Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Bu barədə Asayis.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
"Hazırda Bakıda müşahidə edilən küləkli və yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib", - NİİM-dən bildirilib.
Qeyd olunub ki, bununla bağlı mərkəzin əməkdaşları tərəfindən məlumat sürət tablolarında "sürüşkən yol" işarəsi aktivləşdirilib:
"Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir".
