Gəncə-Mingəçevir-Gəncə istiqamətində əlavə reyslər təyin edildi

 Gəncə-Mingəçevir-Gəncə istiqamətində əlavə reyslər təyin edildi

ADY Gəncə-Mingəçevir-Gəncə marşrutu üzrə Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar sərnişin tələbatını nəzərə alaraq qatar reysləri təyin edib.

ADY-dən Asayis.az-a verilən məlumata görə, 8 noyabrda Gəncədən və Mingəçevirdən səfərlər təşkil olunacaq.

Biletləri saytımızdan, "ADY Mobile" tətbiqindən və dəmiryol kassalarından əldə edə bilərsiniz.

17:32 - 5 Noyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin