Mingəçevirdə yük avtomobili bataqlıqda batdı: 2 nəfər xilas edildi

 Mingəçevirdə yük avtomobili bataqlıqda batdı: 2 nəfər xilas edildi

Ötən gecə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Mingəçevir su anbarı yaxınlığında yük avtomobilinin bataqlıqda batması və vətəndaşların çətin keçilən ərazidə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə Asayis.az-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar FHN-in Aran Regional Mərkəzinin xilasediciləri dərhal əraziyə cəlb olunublar.

Həyata keçirilən əməliyyat nəticəsində həmin şəxslərin yeri müəyyən edilib, çətin keçilən ərazidə qalmış iki nəfər təhlükəsiz yerə təxliyə edilib.

10:36 - 6 Noyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin