İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Almaniyada müəyyən edilən daha bir şəxsin noyabrın 6-da Ədliyyə Nazirliyi tərəfindən Azərbaycana ekstradisiyası həyata keçirilib.
Asayis.az xəbər verir ki, bununla bağlı Ədliyyə Nazirliyi məlumat yayıb.
Belə ki, 2021-ci ildə tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə müxtəlif vaxtlarda zərərçəkmiş şəxsləri aldadaraq onlara məxsus mənzilləri təmir etdirəcəyi barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə (Cinayət Məcəlləsinin 178.2.2 və 178.4-cü maddələri) ittiham olunan Azərbaycan vətəndaşı Elmir Elxan oğlu Nuriyevin yeri Almaniyada müəyyən olunub və o həbs edilib.
