Azərbaycanın bu ölkədəki səfirliyi iki gün işləməyəcək

 Azərbaycanın bu ölkədəki səfirliyi iki gün işləməyəcək

Azərbaycanın Meksikadakı səfirliyi və konsulluğu iki gün fəaliyyət göstərməyəcək.

Asayis.az xəbər verir ki, bu barədə Azərbaycanın Meksikadakı səfirliyinin X sosial şəbəkə hesabında elan yayılıb.

"8 Noyabr - Zəfər Günü və 9 Noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar olaraq, 09.11.2026-10.11.2026-cı il tarixlərində Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı Səfirliyi və Konsulluq Bölməsi fəaliyyət göstərməyəcək", - məlumatda bildirilib

Elanda Konsulluq bölməsinin qaynar xətt nömrəsi qeyd olunub: 55 1190 7092

23:20 - 5 Noyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin