Berlindəki səfirlik əməkdaşı rüşvət alıb? - ŞOK İTTİHAM

 Berlindəki səfirlik əməkdaşı rüşvət alıb? - ŞOK İTTİHAM

Almaniyada yaşayan və orada sosial xidmət sahəsində çalışan Könül Həsənova Azərbaycanın Berlindəki səfirliyində ondan rüşvət alındığını iddia edib. 

Xanımın sözlərinə görə, pasportunun müddətinin uzadılması ilə bağlı səfirliyə müraciət edib. Bütün prosedurların rahat və qanuni şəkildə icra edildiyini və münasibətdən razı qalıb. Lazımi olan bütün rəsmi rüsumları da qanunu şəkildə ödəyib.

Könül Həsənovanın iddiasına görə, səfirliyin xidmət sahəsinin giriş qapısında qeydiyyat işlərinə nəzarət edən şəxs ondan pasportunun göndərilməsi üçün “şirinlik” istəyib. Şikayətçi deyir ki, sənədlərim göndərilməsində əngəl yarada biləcindən çəkinib həmin şəxsə vəsait verdim.

Qeyd edək ki, Könül Həsənova bu şikayətini sosial şəbəkələrdə paylaşıb.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

15:53 - 31 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin