"Teleradio" İstehsalat Birliyinin rəhbərliyi dəyişib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi" ("Teleradio") İstehsalat Birliyinin baş direktoru Mikayıl Abbasov işdən çıxıb.

Asayis.Az Report-a istinadla xəbər verir ki, quruma rəhbərlik müvəqqəti olaraq bu ilin oktyabr ayında baş direktorun müavini təyin edilmiş Elman Həsənova həvalə olunub.

O bu təyinata qədər nazirliyə məxsus “Aztelekom” MMC-nin baş direktorunun müavini olub.

Nazirlikdən "Report"un sorğusuna cavab olaraq fakt təsdiq edilib.

16:52 - 9 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin