“Amay”ın böyük hissəsi hərraca çıxarılır – Qiymət...

 “Amay”ın böyük hissəsi hərraca çıxarılır – Qiymət...

Bakının Xətai rayonunda yerləşən “Amay” Ticarət Mərkəzinin 5-ci mərtəbəsində yerləşən ofis tipli qeyri-yaşayış sahəsi hərraca çıxarılıb.

Asayis.az Teleqraf-a istinadla xəbər verir ki, Nobel prospekti, 23 ünvanında yerləşən binanın 5-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsi dövlət hərracına çıxarılması barədə qərar qəbul edilib.

Məlumata görə, qeyri-yaşayış sahəsi Nobel prospekti, 23 nömrəli binanın, 5-ci mərtəbəsində olan 6730.8 kvadrat metr ümumi sahədən ibarətdir.

Hərraclar məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı əmlakın hərracda satılması yolu ilə tələbin ödənilməsi məqsədilə icra məmurlarının sifarişi əsasında həyata keçirilir.

Hərraca çıxarılan əmlakın hazırkı bazar qiyməti 6,865,416 manat təşkil edib.

Bildirilir ki, əmlakın ümumi bazar dəyəri isə 8,076,960 manatdır.

Qeyd edək ki, “Amay” Ticarət Mərkəzi iş adamı Abdulla Abdullayevə məxsusdur.

11:36 - 8 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin