Bu rayonlara yağış yağdı

 Bu rayonlara yağış yağdı

Oktyabrın 7-si saat 9:00-a olan məlumata əsasən, ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir.

Milli Hidrometeorologiya Xidmətindən Asayis.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında 9 mm yağıntı qeydə alınıb ki, bu da aylıq normanın 32%-ni təşkil edir.

Respublikanın rayonlarına düşən yağıntının miqdarı Astarada 14, Yardımlı, Şirvanda 12, Lənkəran, Neftçalada 10, Lerikdə 9, Zaqatala, Sabirabad, Şahbuz, Şəki, Balakən, Qobustan, Ordubad, Gədəbəy, Tovuz, Daşkəsən, Quba, Qax, İmişli, Naxçıvan, Şərur, Culfa, Sədərək, Göygöl, Şəmkir, İsmayıllı, Oğuz, Şamaxı, Qusar, Yevlax, Göyçay, Zərdab, Beyləqan, Kürdəmir, Biləsuvar, Cəbrayıl, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndidə 1-7 mm qeydə alınıb.

10:10 - 7 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin