Cari ilin 9 ayında 8,5 milyona yaxın sərnişin daşınıb

 Cari ilin 9 ayında 8,5 milyona yaxın sərnişin daşınıb

ADY bu ilin yanvar-sentyabr aylarında 8,5 milyona yaxın sərnişin daşıyıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19% çoxdur.

Asayis.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 8 milyon (18% artım), rayonlararası marşrutlarla 433 min (17% artım), beynəlxalq Bakı-Tiflis-Bakı marşrutu ilə isə 75 500-dən çox sərnişin səfər edib.

Bu ilin sentyabr ayında ümumi sərnişindaşımada 24% artım qeydə alınıb.

14:20 - 6 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin