“Prado” VAZ-la toqquşdu: ölən var - Foto

 “Prado” VAZ-la toqquşdu: ölən var - Foto

Quba-Xaçmaz avtomobil yolunun Zərdabi qəsəbəsindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Asayis.az Report-a istinadla xəbər verir ki, VAZ-2106 və "Toyota Prado" markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində bir nəfər aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

15:40 - 7 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin