Bakıda ər arvadını öldürdü

 Bakıda ər arvadını öldürdü

Xəzər rayonun Binə qəsəbəsində qətl hadisəsi baş verib.

Asayis.az APA-ya istinadla xəbər verir ki, hadisə oktyabrın 6-da saat 21 radələrində Binə qəsəbəsi Ə.İsazadə küçəsində qeydə alınıb.

Bakı şəhər sakini 1986-cı il təvəllüdlü Museyib Əhmədov arvadı 2002-ci il təvəllüdlü Fatimə Rəhmanzadəyə bıçaqla çoxsaylı xəsarət yetirib.

F.Rəhmənzadə xəstəxanaya yerləşdirilib və orada ölüb.

M.Əhmədov polis əməkdaşları tərəfindən tutulub.

Araşdırma aparılır.

10:54 - 7 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin