Bakıda 9-cu sinif şagirdi sinif yoldaşını bıçaqladı

 Bakıda 9-cu sinif şagirdi sinif yoldaşını bıçaqladı

Bakıda şagird bıçaqlanıb.

Asayis.az lent.az-a istinadla xəbər verir ki, hadisə bu gün günorta saatlarında Nizami rayonu ərazisində baş verib.

Orta məktəblərdən birinin 9-cu sinfində təhsil alan yeniyetmə sinif yoldaşını bıçaqlayıb.

Əldə etdiyimiz məlumata əsasən, hadisəni törətməkdə şübhəli bilinən yeniyetmə polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

17:36 - 5 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin