Bu tarixdən yağış kəsəcək, temperatur qalxacaq

 Bu tarixdən yağış kəsəcək, temperatur qalxacaq

Hava şəraitinin 7 oktyabrdan etibarən sabitləşəcəyi ehtimal olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədovanın Asayis.az-a verdiyi məlumata görə, oktyabrın 7-si səhər saatlarından başlayaraq, yağıntılar tədricən kəsəcək.

“Bakıda və Abşeron yarımadasında oktyabrın 6-da fasilələrlə yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Havanın temperaturu gecə 13-17° isti, gündüz 19-22° isti olacaq.

7 oktyabr səhər saatlarında yağıntılar tədricən kəsiləcək. Havanın maksimal temperaturu Aran rayonlarında 19-24°, dağlıq ərazilərdə isə gündüz 13-18° isti olacaq”, - deyə G.Məmmədova bildirib.

15:32 - 5 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin