Siyəzəndə əməliyyat: 14 nəfər saxlanıldı

 Siyəzəndə əməliyyat: 14 nəfər saxlanıldı

Siyəzəndə 6 kiloqram narkotik vasitə aşkarlanıb.

Daxili İşlər Nazirliyindən Asayis.az-a verilən məlumata görə, Siyəzən rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində silsilə tədbirlər keçirib.

Nəticədə qanunsuz əməllərdə şübhəli bilinən 14 nəfər müəyyən edilərək saxlanılıb. Həmin şəxslərdən ümumilikdə 6 kiloqram müxtəlif növ narkotik vasitə, psixotrop maddə və həblər aşkarlanaraq götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanılıb. Saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

18:04 - 5 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin