Sürücülərə xəbərdarlıq: Yollarda görünüş məsafəsi...

 Sürücülərə xəbərdarlıq: Yollarda görünüş məsafəsi...

Azərbaycanın avtomobil yollarında oktyabrın 5-də müşahidə ediləcək vəziyyət açıqlanıb.

Bu barədə Asayis.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.

16:08 - 4 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin