Qubada 70 yaşlı kişi ağacdan yıxılaraq öldü

 Qubada 70 yaşlı kişi ağacdan yıxılaraq öldü

Quba rayonunda 70 yaşlı kişi ağacdan yıxılaraq ölüb.

Asayis.az xəbər verir ki, rayonun Əski İqriq kənd sakini, 1956-cı il təvəllüdlü Dövlət Ağayar oğlu Şahmirzəyev yaşadığı evin həyətində ağacdan yıxılaraq xəsarət alıb.

D.Şahmirzəyev xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

11:14 - 30 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin