Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - Video

 Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - Video

Bakı-Balakən qatarının fəaliyyəti iki aya yaxındır ki, dayandırılıb. Minlərlə sərnişin bu marşrut üzrə qatarlardan istifadə edə bilmir.

Asayis.az "Xəzər" TV-yə istinadla xəbər verir ki, sakinlərin sözlərinə görə, 13-cü stansiyada qatarların fəaliyyət göstərməməsi gündəlik gediş-gəlişdə ciddi çətinliklər yaradır.

Onlar bildirirlər ki, stansiyada qatarların hərəkətinin bərpa olunmaması sərnişinlərin vaxt itkisinə və əlavə nəqliyyat vasitələrindən istifadə etməsinə səbəb olur.

Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib ki, hazırda təmir-bərpa işlərinin görülməsi davam etdirilir.

Bakı-Baləkən qatarı üzrə reyslərin növbəti aylarda bərpa olunacağı gözlənilir.

23:40 - 29 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin