Bakıda su xəttində qəza: əraziyə texnika cəlb edildi - Foto

 Bakıda su xəttində qəza: əraziyə texnika cəlb edildi - Foto

Bakının Yasamal rayonu, H.Zərdabi küçəsi 69 ünvanından keçən içməli su xəttində qəza baş verib.

Bu barədə Asayis.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə məxsus "İri Şəhərlərin Su Təchizatı" QSC-dən məlumat verilib.

Bildirilib ki, məsələ ilə bağlı məlumat daxil olan kimi dərhal əraziyə briqada və texnika cəlb olunub. Su axıntısının qarşısı alınıb və hazırda xəttin təmiri və bərpası istiqamətində müvafiq işlər görülür.

11:50 - 30 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin