Kürdəmir rayonunda daha bir nəfəri ildırım vurub öldürüb.
Asayis.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə sentyabrın 29-da axşam saatlarında rayonun Şıxımlı kəndində baş verib.
Belə ki, kənd sakini 1975-ci il təvəllüdlü Baba Habil oğlu Calalovu ildırım vurub.
B.Calalov hadisə yerində ölüb.
Qeyd edək ki, ötən gün Kürdəmir rayonunun Şımıxlı kəndində Zahir Vahid oğlu Hacıalıyevi də ildırım vurub öldürüb.
