Qazaxın azad edilən kəndlərində söküntü işlərinə başlanılır

 Qazaxın azad edilən kəndlərində söküntü işlərinə başlanılır

İşğaldan azad olunmuş Qazax rayonu Aşağı Əskipara və Bağanıs Ayrım kənd yaşayış məntəqələrində söküntü işlərinə start verilir.

Asayis.az-ın Oxu.az-a istinadən məlumatına görə, bununla bağlı müvafiq prosedura start verilib.

Layihədə nəzərdə tutulan işlərin həyata keçirilməsinə 258 min 560 manat xərclənməsi planlaşdırılır.

Xatırladaq ki, hər iki kənd 2024-cü il mayın 24-də Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən nəzarətə götürülüb.

19:34 - 29 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin