İcbari tibbi sığorta ilə 66 milyon tibbi xidmət göstərilib

 İcbari tibbi sığorta ilə 66 milyon tibbi xidmət göstərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi tərəfindən cari ilin yanvar-avqust aylarında icbari tibbi sığorta ilə dövlət tibb müəssisələrində 66 milyon xidmət göstərilib.

Asayis.az xəbər verir ki, bu xidmətlərin 88 faizini ambulator, 12 faizini stasionar xidmətlər təşkil edib.

Dövlət tibb müəssisələrinə 8 ayda 4,4 milyondan çox şəxs 17,7 milyon müraciət edib. Onlardan 1,4 milyona yaxını uşaqlar olub.

2026-cı ilin yanvar-avqust aylarında ötən ilin eyni dövrü ilə müqayisədə pasiyentlərin sayı 3,1 faiz, müraciətlərin sayı 7,9 faiz, göstərilən tibbi xidmətlərin sayı 9 faiz artıb.

12:02 - 30 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin