Tanışının evindən 33 min manat oğurladı

 Tanışının evindən 33 min manat oğurladı

Bakının Xəzər rayonu ərazisində yerləşən mənzillərin birindən pul oğurlanması barədə polisə müraciət daxil olub.

DİN mətbuat xidmətindən Asayis.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən V.Qurbanov saxlanılıb.

Araşdırmalarla saxlanılan şəxsin tanışının evindən 33 min manat pul vəsaitini oğurladığı müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

17:58 - 23 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin