Bir ailənin üzvləri qəzaya düşdü: körpə öldü - Foto

 Bir ailənin üzvləri qəzaya düşdü: körpə öldü - Foto

Kəngərli rayonunda bir ailənin üzvləri qəzaya düşüb, körpə ölüb.

Asayis.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Xok kəndi ərazisində baş verib.

Belə ki, 77 KS 302 dövlət nömrə nişanlı KİA markalı avtomobilin aşması nəticəsində avtomobildə olan 1994-cü il təvəllüdlü Məğrur Məşur oğlu Quliyev, onun həyat yoldaşı 2000-ci il təvəllüdlü Gülarə Elçin qızı Quliyeva xəsarət alıb.

Onların övladı 2026-cı il təvəllüdlü Rəvan Qasımov həyatını itirib.

Xəsarət alanlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

14:56 - 23 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin