İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) balansındakı "Ucar 3 nömrəli Təmir Quraşdırma", "İsmayıllı Avtovağzalı", "Daşkəsən Tikinti Müəssisəsi", "Tərtər Barama Müəssisəsi" və "Sabirabad 8 nömrəli İxtisaslaşdırılmış Səyyar Mexanikləşdirilmiş Dəstə" MMC-lər, eləcə də Azərbalıq Dövlət Balıqçılıq Təsərrüfatı Konserninin İmişli Balıq Zavodu ləğv olunduqlarını elan edib.
Asayis.az Report-a istinadla xəbər vreir ki, kreditorlar iki ay ərzində tələblərini ƏMDX-nın yerləşdiyi Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti, 139 ünvanına bildirə bilərlər.
