Azərbaycanlı sahibkar Gürcüstanda öldü

 Azərbaycanlı sahibkar Gürcüstanda öldü

Sentyabrın 22-də Gürcüstanın Marneuli şəhərində fəaliyyət göstərən JJB restoranının sahibi və baş aşpazı Namiq Qocayev yol-nəqliyyat hadisəsi nəticəsində həlak olub.

Asayis.az xəbər verir ki, bu barədə “Aktual.ge” məlumat yayıb.

Məlumata görə, Qocayevin idarə etdiyi avtomobil Marneulidəki “Daş sexi” adlandırılan ərazidə dirəyə çırpılıb.

Azərbaycanlı sahibkar avtomobildə tək olub.

10:46 - 23 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin