Aşkar edilmiş qaz sızmasının aradan qaldırılması və təmir-bərpa işləri ilə əlaqədar Astara rayonunun Lələkəpeştə, Təngərüd və Maşxan kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.
Bu barədə Asayis.az-a Azəriqaz İB-dən məlumat verilib.
Həmçinin təmir-quraşdırma işləri ilə əlaqədar sentyabrın 15-də saat 15:00-dan işlər yekunlaşanadək Yardımlı rayonunun Şəfəqli, Perimbel və Cirimbel kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
