Sabah Yasamalın bu ərazilərində qaz olmayacaq

 Sabah Yasamalın bu ərazilərində qaz olmayacaq

Sentyabrın 15-də Yasamal rayonunun 8 küçəsində qaz təchizatında qısamüddətli fasilə olacaq.

Bu barədə Asayis.az-a Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

"Sabah saat 10:00-dan işlər yəkunlaşanadək təmir-quraşdırma işləri ilə əlaqədar Yasamal rayonunun M. İbrahimov, L.Tolstoy, B.Səfəroğlu, D.Əliyeva, H.Aslanov, Ə.Quliyev, İ.Səfərli və T.Xəlilbəyli küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq", - "Azəriqaz" qeyd edib.

20:54 - 14 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin