Axtarışda olan 114 nəfər saxlanıldı - DİN

 Axtarışda olan 114 nəfər saxlanıldı - DİN

Azərbaycanda sentyabrın 11-də axtarışda olduğuna görə ümumilikdə 114, o cümlədən borclu şəxs qismində axtarışda olan 85 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Bu barədə Asayis.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, həmçinin ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

18:20 - 12 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin