Azərbaycanda nadir hadisə: Uşaq ananın qaraciyərindədir - Video

 Azərbaycanda nadir hadisə: Uşaq ananın qaraciyərindədir - Video

Azərbaycanda döl hamilə qadının qaraciyərində inkişaf edib.

Asayis.az Lent.az-a istiandla xəbər verir ki, qadının ultrasəs müayinəsinin görütüntülərini radioloq sosial şəbəkədə paylaşıb.

O bildirib ki, tibbdə belə hallar olduqca nadir olsa da, mümkündür.

Bu zaman mayalanmış yumurta normal olaraq uşaqlığın daxilinə yerləşmək əvəzinə qarın boşluğunda, o cümlədən qaraciyərin səthində implantasiya edərək inkişaf etməyə başlayır.

Qaraciyər nahiyəsində ektopik hamiləlik ciddi və həyati təhlükə yaradan vəziyyət hesab olunur.

Hamiləlik vaxtında aşkarlanıb sonlandırılmadıqda ananın ölümü baş verə bilər.

19:58 - 12 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin