Astaranın bəzi kəndlərində qaz təchizatı dayandırıldı

 Astaranın bəzi kəndlərində qaz təchizatı dayandırıldı

Aşkar edilmiş qaz sızmasının aradan qaldırılması və təmir-bərpa işləri ilə əlaqədar Astara rayonunun Lələkəpeştə, Təngərüd və Maşxan kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

Bu barədə Asayis.az-a Azəriqaz İB-dən məlumat verilib.

Həmçinin təmir-quraşdırma işləri ilə əlaqədar sentyabrın 15-də saat 15:00-dan işlər yekunlaşanadək Yardımlı rayonunun Şəfəqli, Perimbel və Cirimbel kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

12:32 - 15 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin