M7 ekspres avtobusunda təhlükəli vəziyyət - Video

 M7 ekspres avtobusunda təhlükəli vəziyyət - Video

Bakıda fəaliyyət göstərən M7 ekspres avtobusunun hərəkəti zamanı qapının açıq vəziyyətdə olduğu görüntülənib.

Bu barədə Asayis.az-a şəhər sakinlərindən şikayət daxil olub.

Kadrlardan qapıda nasazlıq olduğu, tam bağlanmadığı görünür.

Sərnişinlərin təhlükəsizliyi baxımından risk yaradan vəziyyətə əlavə olaraq, avtobusda kondisionerin də işləmədiyi iddia olunur.

Qeyd edək ki, M7 nömrəli ekspres marşrutu sentyabrın 7-dən fəaliyyətə başlayıb.

Məsələ ilə bağlı AYNA-ya sorğu ünvanlanıb.

11:04 - 14 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin