Metroda niyə tez-tez nasazlıq baş verir?

 Metroda niyə tez-tez nasazlıq baş verir?

Metrolarda yaranan texniki nasazlıqlar ciddi narahatlıq doğurur. Ümid edirəm, bu problemlərin qarşısının alınması istiqamətində Bakı Metropoliteni tərəfindən əsaslı işlər görüləcək.

Bu sözləri Asayis.az-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı ötən gün səhər saatlarında metroda yaranan ləngimə və sərnişin dolu qatarların 30 dəqiqədən çox tunellərdə qalması haqda danışarkən qeyd edib.

“Metropolitendə köhnə avadanlıqlar, qatarlar və vaqonlar hələ də xidmət göstərir. Hesab edirəm ki, problemin kökündə bu amil dayanır.

Artıq bu kimi problemlər tez-tez baş verir. Sistemi və avadanlıqları mümkün qədər tez təkmilləşdirmək, hətta müasirləşdirmək lazımdır ki, belə hallar baş verməsin”, - ekspert əlavə edib.

23:16 - 14 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin