Bakıda ağır qəza: Qadını vurdu, sonra “Prius”a çırpıldı

 Bakıda ağır qəza: Qadını vurdu, sonra “Prius”a çırpıldı

Bakıda avtomobil piyadanı vurub.

Asayis.az lent.az-a istinadla xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.

Namik Natiq oğlu Şahverənov idarə etdiyi “Mersedes-Benz” markalı avtomobillə Ramıla İldırım qızı Seydicanovanı vurub. Daha sonra “Toyota Prius” markalı avtomobilə çırpılıb.

Nəticədə R. Seydicanova aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

15:36 - 12 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin