Kənd Təsərrüfatı Nazirliyinə məxsus Aqrar Tədarük və Təchizat ASC-də yeni təyinat olub.
Asayis.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı kənd təsərrüfatı naziri Məcnun Məmmədov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Fuad Əliyev Aqrar Tədarük və Təchizat ASC-nin İnzibati idarəetmə departamentinin direktoru vəzifəsinə təyin edilib.
Qeyd edək ki, F.Əliyev yeni təyinata qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərənv Bakı Taksi Xidməti MMC-nin baş direktoru vəzifəsində çalışıb.
Yeni təyinat çərçivəsində Fuad Əliyevin inzibati idarəetmə və təşkilati proseslərin təkmilləşdirilməsi, idarəetmənin səmərəliliyinin artırılması və qurumun qarşıya qoyduğu strateji hədəflərin həyata keçirilməsinə töhfə verməsi nəzərdə tutulur.
