“Elmlər”dən “Həzi Aslanova” ekspres avtobus açılır

 “Elmlər”dən “Həzi Aslanova” ekspres avtobus açılır

Metro xətlərinin ayrılması ilə əlaqədar sərnişinlərin ictimai nəqliyyata əlçatanlığının artırılması məqsədilə aparılmış təhlillərə əsasən, AYNA-nın dəstəkləyici tədbirləri çərçivəsində daha bir ekspres marşrut xətti təşkil edilir.

Asayis.az xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.

Metronun "Elmlər Akademiyası" və "Nizami" stansiyalarıdan "Qara Qarayev", "Neftçilər", "Xalqlar Dostluğu", "Əhmədli" və "Həzi Aslanov" stansiyaları istiqamətində artan sərnişin tələbatını qarşılamaq üçün sentyabrın 13-dən M9 nömrəli ekspres marşrutu fəaliyyətə başlayacaq.

Avtobusların "Elmlər Akademiyası" metrostansiyasındakı dayanacağı Hüseyn Cavid prospekti, "Həzi Aslanov" metrostansiyasında isə Məhəmməd Hadi küçəsi, metronun qarşısı təyin edilib.

Avtobusların hərəkəti metronun iş rejiminə uyğunlaşdırılaraq saat 06:00-dan 00:00-dək təşkil ediləcək.

17:42 - 11 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin